Qırmızı meyvələrin xeyri

26 Avqust 2018 20:24

Tərəvəz və meyvələr orqanizm üçün xeyirli vitaminlərlə zəngindir. Qırmızı meyvələr isə gözəllik üçün böyük əhəmiyyət daşıyır.

Milli.Az axşam.az-a istinadən qırmızı menyunun gözəlliyə hansı müsbət təsiri göstərdiyini təqdim edir:

Albalı

Deyilənə görə, albalı qocalmanın qarşısını alır, dərini daim cavan saxlayır. Gün ərzində bacardığınız qədər albalı yeyin, dəriyə müsbət təsirini mütləq görəcəksiniz.

Alma 

Bir çox xəstəliklərə dərman olan bu meyvə həm də dəri elastikliyini artırır. Bu da qırışların qarşısını alır.

Çiyələk

Bu meyvə həm ehtirası gücləndirir, həm də dəridəki qara nöqtələri aradan qaldırır.

Qırmızı acı bibər

İştahasızlıq və anoreksiyadan əziyyət çəkənlərə məsləhət görülür. Güclü iştahartırıcı olan qırmızı bibəri kökəlmək istəyənlər yesin.

Milli.Az