Salyanda qadın sirkə turşusundan zəhərləndi

18 Avqust 2018 09:09

Salyan rayonunda qadın sirkə turşusundan zəhərlənib.

Milli.Az Report-a istinadən bildirir ki, hadisə rayonun Kürqaraqaşlı kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Zeynalova Nuranə Nəbi qızı bilmədən turşu sirkəsini içərək zəhərlənib. Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan N.Zeynalova ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az