İtalyan hücumçu “Ankaragücü” klubuna keçib

18 Avqust 2018 08:48

"Roma", "Fiorentina" və "Milan" klublarında forma geyinən Alessio Çerçi karyerasına Türkiyədə davam edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, Çerçi "Ankaragücü" klubu ilə 3 illik müqavilə imzalayıb.

O, hər il 1.1 milyon avro qazanacaq. Çerçi sonuncu dəfə "Verona" klubunda yer alıb.

Milli.Az