"Odnoklassniki" (OK.ru) futbol üzrə İtaliya çempionatının bütün mövsümünü göstərən ilk sosial şəbəkə olacaq.
Milli.Az facemark.az-a istinadən bildirir ki, platforma pulsuz translyasiya haqqında "Telesport" şirkəti ilə razılığa gəlib.
Sosial şəbəkənin mətbuat xidmətindən bildirilib ki, OK çempionatın birinci turunda olacaq 8 matçdan 5-ni yayımlayacaq. Amma istifadəçilər ikinci turun bütün matçlarına baxa biləcəklər. Translyasiya, həmçinin "Сила" telekanal qrupunda da əlçatan olacaq. Sosial şəbəkənin videolisti, həmçinin başqa internet resurslarda da yerləşdiriləcək. İdman reportajlarını Vladimir Stoqnienko, Kiril Dementyev, Aleksey Andronov və s. kimi Rusiyanın məşhur şərhçiləri edəcəklər. Azarkeşlər bu dəfə Rusiyanın ən güclü futbol analtiklərindən biri hesab olunan Vadim Lukomskini ekspert rolunda görəcəklər.
Mövsümün birinci turunda Kevoya qarşı Yuventus oyunu nümayiş ediləcək. Mövsümün A qrupu üzrə mərhələsində azarkeşlər ilk dəfə ulduz oyunçu Kriştiano Ronaldonu görəcəklər. Həmçinin Lazio-Napoli, Torino-Roma, Sassuolo-İnter, Atlanta-Frozinone bura daxildir. Bütün matçlara istənilən qurğuda baxmaq mümkün olacaq. Məsələn, sosial şəbəkənin veb versiyasında, OK-un tətbiqinin iOS, Android əməliyyat sistemlərində, Smart TV, Android TV texnologiyaları ilə televizorun böyük ekranında da izləmək əlçatan olacaq.
Daha əvvəl OK-dan bildirilmişdi ki, onlar "Telesport" ilə əməkdaşlıq çərçivəsində İspaniya futbolunun ikinci mövsüm matçlarını ardıcıl olaraq göstərəcəklər. La Liqanın birinci mövsümü OK-da 144 milyondan çox baxış yığmışdı. Ümumilikdə 293 translyasiyaya 19 milyondan çox unikal istifadəçi baxmışdı. OK planlaşdırır ki, bu mövsümdə müxtəlif idman növləri üzrə böyük idman yarışlarının translayasiyasını həyata keçirtsin.
Milli.Az