Tovuzda evdən pul və 15 min manatlıq qızıl əşyalar oğurlandı

17 Avqust 2018 15:24

Tovuzda evdən pul və 15 min manatlıq qızıl əşyalar oğurlanıb.

Milli.Az bildirir ki, DİN-dən Trend-ə verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də rayon ərazisindəki evlərin birindən divarda quraşdırılmış seyfdən 6000 ABŞ dolları, 200 avro, 680 manat pul və 15000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Aşağı Öysüzlü kənd sakini Taleh Cəfərov və şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Hüseynli saxlanılıblar.

Milli.Az