Zidan dünya çempionatında baş məşqçiyə kömək edəcək

2 Aprel 2010 18:27
Avropa mətbuatının yazdığına görə, çempionatda o, Fransa millisinin baş məşqçisi Raymon Domenekə kömək edəcək. Bu dəvəti Zidana Fransa Futbol Federasiyasının prezidenti Jan-Pyer Eskaletti göndərib. Məlumata görə, əfsanəvi futbolçu bir müddət düşündükdən sonra təklifə müsbət cavab verib.

Xatırladaq ki, daha əvvəl Əlcəzair millisi Zidana komandanın baş məşqçisi postunu təklif etsə də, o, bundan imtina etmişdi.

Milli.Az