"Biri mənə bu tərbiyəsizliyi etdiyi üçün..." - FOTO

17 Avqust 2018 23:18

2005-ci ildə ərə getdiyi İbrahim Kutluaydan 8 ay əvvəl boşanan Demet Şener müsahibə verib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, modellik peşəsinə fasilə verməsindən və yenidən geri qayıtmasından danışıb:

"16 il fasilə verdim. Geri qayıdanda insanların məni bu qədər xoş qarşılayacağını bilmirdim. Bu sevgi, diqqət üçün çox darıxmışdım. Bədənimi, üzümü çox bəyənirəm. Bu ağıl, istedadla daha gözəl işlər edəcəm. 

Sevgiyə inanıram, özümü tənhalığa qərq edəcək deyiləm. Həmin insan bir yerdə qarşıma çıxacaq. Kimə aşiq olacağınızı bilə bilməzsiniz. 

Biri mənə bu tərbiyəsizliyi etdiyi üçün hamıya eyni gözlə baxa bilmərəm. Bir yerlərdə doğru insanlar var. Layiq olduğum xoşbəxtliyi tapacağam. Xoşbəxt edilməkdən başqa heç nə istəmirəm. Onsuz hər şeyim var".
 
Demet yaşının çox olmasının onun üçün heç bir əhəmiyyəti olmadığını bildirib:

"Artıq yaşın əhəmiyyəti qalmayıb. Özünə yaxşı baxan hər kəs zamanı geri çevirə bilər. Əlbəttə, qocalacağıq. Sağlam qidalanmaq və idmanla gözəlliyə sahib ola bilərik".

Milli.Az