"Windows 8" nə qədər sürətlidir?

10 Sentyabr 2011 22:28
2012-ci ildə satışa çıxarılacaq "Windows 8" əməliyyat sisteminin kompüterdə yüklənərək açılması "Windows 7" ilə müqayisədə daha az vaxt aparacaq.

Milli.Az xəbər portalı "Gizmodo"ya istinadən bildirir ki, "Microsoft" korporasiyası bu barədə "Building Windows 8" bloqunda məlumat verib.

"Microsoft"un hazırladığı nümayiş videosunda noutbukda "Windows 8" əməliyyat sisteminin yüklənməsi göstərilir. Əməliyyat sistemi "soyuq rejim"də işə salınır: noutbukdan akkumulyator çıxarılır, sonra yerinə qoyulur və noutbuk işə salınır. Düymənin basılmasından sistemin tam yüklənməsinə qədər təxminən 8 saniyə keçir.

Sürətlənmənin səbəbi sistemin yüklənmə prosesinin sürətləndirilməsidir. Kompüter söndürülərkən istifadəsi sessiyaları başa çatır, sistem sessiyası isə hibernasiya ilə kompüterin sərt diskində saxlanılır. Kompüter yenidən işə salınanda sistem sessiyası yenidən yaradılmır, diskdən işə düşür və bu, vaxta qənaət edir.

Milli.Az