İstanbul universiteti inanılmazı bacardı
10 Sentyabr 2011 18:13
Milli.Az xəbər portalı AA-ya istinadən bildirir ki, İTU-nun 23 fakultəsi ABET sertifikatı alıb. Bu sertifikat isə həmin fakultələri bitirən tələbələrin diplomlarının bütün dünyada rəsmən tanınması, habelə həmin fakultələrdəki tədrislə təhsilin ABŞ ilə eyni səviyyədə olması deməkdir.
ABŞ-dakı Mühəndislik və Texnologiya Proqramları Akkreditasiyası Şurasının (Accreditation Board for Programs in Engineering and Technology, ABET) İTU-nun 2,5 illik akkreditasiya səylərini müsbət cavablayıb.
Beləcə, İTU, 23 fakultəsi ABŞ standartlarına tam uyğun sayılan və Birləşmiş Ştatların sərhədlərindən kənarda olan ilk universitet olub.
İstanbul Texniki Universitetinin rektoru, professor Nuri Şahin bu uğura hədsiz sevindiklərini deməklə yanaşı, müəllimlərlə tələbələrə minnətdarlıq edib.
Milli.Az