Ermənistan sabah 2 mülki azərbaycanlının meyitini qaytaracaq
2 Aprel 2010 18:05
Milli.Az xəbər portalı RİA "Novosti"-yə istinadən xəbər verir ki, qaytıralacaq şəxs ötən il dekabrın 28-də girov götürülmüş Tovuz sakini Tağıyev Eldar Heydər oğludur. Ermənistan Müdafiə Nazirliyi təhvil-təslim prosesinin saat 10.00-da sərhədin Erasxavan-Sədərək ərazisində baş tutacağını bildirib. Təhvil-təslimin təşəbbüskarı və vasitəçisi Beynəlxalq Qırmızı Xaç Komitəsidir.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov Milli.Az-a sabah təhvil-təslimin olacağını təsdiqləyib. Onun sözlərinə görə, proses erməni tərəfinin elan etdiyi kimi saat 10.00-da yox, saat 12.00-da baş tutacaq. Şahid Sayılov bildirib ki, martın 2-də və 3-də Ermənistan əraziçinə keçən və erməni hərbçilər tərəfindlən güllələnən Qazax rayon sakinləri Hüseynov Həsən Hüseyn oğlu və Məmmədov Sakit Şərif oğlunun meyitləri qaytarılsa da, girovun qaytarılacağı barədə məlumatlar həqiqətə uyğun deyil.
Dövlət Komissiyası katibi məlumat verib ki, Ermənistan ərazisində əsirlikdə olan iki azərbaycanlı əsgərdən birinin isə aprelin 7-də qaytarılacağı gözlənilir. Söhbətin məhz hansı əsirdən getdiyi hələlik məlum deyil. Şahin Sayılov deyib ki, girov Eldar Tağıyevin qaytarılması barədə isə heç bir razılıq yoxdur.
Milli.Az