26 il sonra görüşdülər - FOTO

15 Avqust 2018 21:30

1990-cı illərin sevilən serialı "Mahallenin Muhtarları"nın baş rol ifaçıları Esra Akkaya və Erkan Can bir araya gəlib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyorlar 26 il sonra ilk dəfə görüşüblər.

Serialda Temel və Şirin obrazına həyat verən aktyorlar Bodrumda bir araya gəliblər. Akkaya birlikdə çəkdirdikləri şəkli "Şükür birləşdirənə. Yerin həmişə ayrıdır, canım Erkanım" şərhi ilə paylaşıb.

Milli.Az