Bu, necə oldu: 2001-ci ilin 11 sentyabrı - FOTO

11 Sentyabr 2011 00:01
Milli.Az xəbər portalı bildirir ki, ABŞ vaxtı ilə saat 08:46-da "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin (World Trade Center) Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi - Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu.

Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.

Bu hadisələr 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələndi.

Həmin hadisələr ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəyə başlamasına, əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara başlamasına təkan verdi.

Milli.Az