Rusiyada azərbaycanlı həbs olundu

13 Avqust 2018 13:12

Rusiyanın Omsk vilayətinin sərhədçiləri əvvəllər bu ölkənin həbsxanasında yatmış, sonra vətənə qayıtmış, lakin yenidən şimal qonşumuz istiqamətində səfər etmiş 33 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Əli Yaşar oğlu Salehzadə adlı azərbaycanlı 2009-cu ildə Saxalində vətəndaşlara hücum edib.

O bu əməlinə görə səkkiz il həbsdə olub.

Sonradan Rusiya Ədliyyə Nazirliyli ağır cinayət törətmiş həmyerlimizin 2025-ci ilədək bu ölkəyə gəlməsinə qadağa qoyub və bu barədə yazılı bildiriş göndərib. Həbsdən azad olunan Salehzadə vətənə geri qayıdıb.

Azərbaycanda soyadını dəyişən həmyerlimiz yeni pasport alıb və 2018-ci ildə qeyri-qanuni olaraq, Rusiyaya geri dönüb.

Osmk vilayətinə gələn azərbaycanlı hüquq-mühafizə orqanlarının nəzarətinə düşüb və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Omsk vilayəti üzrə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Milli.Az