Gömrükçülər ölkəyə qanunsuz siqaret keçirənləri saxladı - 2000 ədəd "Parlament..." FOTO

13 Avqust 2018 14:01

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz 190" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Milli.Az bildirir ki, DGK-dan Trend-ə verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 2000 ədəd "Parlament Super Slim" və 1180 ədəd "Parlament Carat" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az