"Liverpul" mövsümə darmadağınla başladı

12 Avqust 2018 19:09

İngiltərə Premyer Liqasında ilk turun oyunları davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, çempionluğa əsas iddialılardan "Liverpul" mövsümə darmadağınla start verib. Doğma azarkeşləri önündə "Vest Hem"i qəbul edən Yurgen Kloppun komandası rəqibin qapısından 4 cavabsız top keçirib. 

Mersisaydlıların heyətində qolları Məhəmməd Salah (19), Sadio Mane (45, 53) və Daniel Starric (88) vurublar.

Milli.Az