"Qarabağ"dan ayrılan futbolçu üçüncü liqa klubu ilə anlaşdı

12 Avqust 2018 16:28

Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılan Yaroslav Deda özünə yeni komanda tapıb.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, 19 yaşlı hücumçu karyerasını Polşada davam etdirəcək. Ukraynalı futbolçu III Liqa təmsilçisi "Karkoneşe Yelenya Qura" ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Deda "Qarabağ"ın U-19 komandasının üzvü idi.

Milli.Az