"Porto"dan "Milan"a 38 milyon avroya keçmişdi, indi də "Sevilla"ya...

12 Avqust 2018 15:21

Milan hücumçusu Andre Silvanı icarəyə göndərib.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, Portuqaliya millisinin üzvü "Sevilla"da çıxış edəcək.

Əndəlüsiya təmsilçisi 22 yaşlı hücumçunu 5 milyon avroya 1 illik icarəyə götürüb. "Sevilla" mövsümün sonunda 30 milyon avro ödəməklə Silvanı birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, Silva "Milan"a ötən mövsüm 38 milyon avro qarşılığında "Porto"dan keçib.

Milli.Az