Rusiyada Azərbaycan derbisi: Azər sevindi, Ayaz...

12 Avqust 2018 11:31

Futbol üzrə Rusiya Premyer Liqasında 3-cü turun oyunları keçirilib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, hesabat turu iki azərbaycanlı futbolçunun komandalarının dueli ilə əlamətdar olub. Belə ki, Ayaz Quliyevin formasını geyindiyi "Rostov" doğma meydanda Azər Əliyevli "Krılya Sovetov"la qarşılaşıb. Oyun qonaq komandanın qələbəsiylə başa çatıb - 1:0.

Hər iki futbolçumuz bu oyunda meydanda olub. Ayaz start heyətdə başladığı görüşdə sonadək oynayıb. Azər isə qarşılaşmanın 42-ci dəqiqəsində meydana buraxılıb.

Qeyd edək ki, 3 turdan sonra 6 xala malik "Rostov" 16 kollektiv arasında 3-cü, 4 xalı olan "Krılya Sovetov" isə 6-cıdı.

Milli.Az