O, getmək istəyirsə... - “Sevilya”nın rəsmisi

12 Avqust 2018 11:19

"Sevilya"nın fransız futbolçusu Stiven Nzonzi komandanı tərk etmək istəyir.

Milli.Az komanda.az-a xəbər verir ki, bu barədə "Sevilya" klubunun idman direktoru Xoakin Kaperros məlumat verib. O, İspaniya mətbuatına açıqlamasında bunları deyib:

"Bəli, Nzonzi klubu tərk etmək istəyir. Lakin onun bizimlə iki illik müqaviləsi var. O, getmək istəyirsə, klub üçün də uyğun olan təklif gözləyirik. Hansısa bir təklif olmasa, o, komandada qalacaq və müqaviləsinin şərtlərinə əməl etməlidir".

Nzonzi ilə "Roma" klubu yaxından maraqlanır.

29 yaşlı futbolçu Fransa millisi ilə DÇ-2018-in qızıl medalçısı olub.

Milli.Az