"Çelsi"nin baş məşqçisi Mauritsio Sarri Eden Hazard və komandadan ayrılan Tibo Kurta haqqında fikirlərini bildirib.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, italyan mütəxəssis İngiltərə mətbuatına açıqlamasında bunları deyib:
"Hazardın komandada qalmaq istədiyini düşünürəm. Artıq bu mövzuda danışmaq istəmirəm.
Kurtuaya gəlincə, o, "Real"a getmək istədi. Dünyanın ən güclü qapıçılarından birini itirdik, ancaq daha gəncini qazandıq. Kepa Arrisabalaqanın hələ 23 yaşı var. Ümid edirəm ki, o daha da inkişaf edəcək. Ancaq Kepa Kurtua deyil".
Milli.Az