İranın dini lideri çağırış etdi: İqtisadi müharibəyə müqavimət göstərək...

12 Avqust 2018 09:24

İranın ali dini lideri Əli Xamenei ölkədə iqtisadi müharibəyə qarşı müqavimət göstərmək üçün "sürətli və ədalətli" hüquqi hərəkətlərə çağırış edib.

Milli.Az bildirir ki, Report-un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə IRNA agentliyi yazıb.

"Mən bu təkliflə razıyam. Hədəf ondan ibarətdir ki, iqtisadi korrupsiyaçılar tez və ədalətli şəkildə cəzalandırılsın. Zəhmət olmasa, uyğun məhkəmə qərarlarını tövsiyə edin", - deyə Xamenei bildirib.

Milli.Az