Çexiyada aviaşou zamanı tarixi monoplanın pilotu həlak olub

12 Avqust 2018 08:54

Çexiyanın Praxatitse şəhərində aviaşou zamanı birmotorlu tarixi monoplan qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Çexiya polisinin nümayəndəsi Ştepanka Unlirjova bildirib.

Ş.Unlirjova bildirib: "XX əsrin 30-cu illərində istehsal edilən "BETA B 50" təyyarəsinin aviaşou zamanı qəzaya uğraması nəticəsində pilot həlak olub. İnsidentin səbəbi polislər və pilotların təhlükəsizlik üzrə ekspertlər tərəfindən araşdırlır".

Milli.Az