Kanada polisi 4 nəfəri güllələyən şəxsə qarşı ittiham irəli sürüb

12 Avqust 2018 08:18

Kanada polisi Frederikton şəhərində 4 nəfərin ölümü ilə nəticələn silahlı insidentlə əlaqədar şübhəli bilinən şəxsə qarşı ittiham irəli sürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 4 nəfəri güllələyərək öldürməkdə şühəli bilinən şəxsin 48 yaşlı Frederikton şəhərinin sakini Metyu Vinsent Reymond olduğu bildirilir.

Polisin məlumatında deyilir: "Metyu Vinsent Reymonda qarşı Frederikton şəhərində iki polis əməkdaşı və iki şəhər sakininin ölümü ilə əlaqədar ittiham irəli sürülüb".

Təqsirləndirilən şəxs avqustun 27-sinə təyin edilmiş məhkəməyə qədər həbsdə qalacaq. Araşdırma dava edir.

Milli.Az