Los-Anceles yaxınlığında meşə yanğınları: 20 mindən artıq insan təxliyə edilib

11 Avqust 2018 23:59

ABŞ-ın Los-Anceles (Kaliforniya ştatı) şəhərinin cənubunda davam edən yanğınlar azı 13 yaşayış evini məhv edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanğınlar səbəbindən təhlükəli ərazilərdən 20 mindən artıq insan təxliyə edilib.

Yanğın 80 kvadrat kilometr ərazini əhatə edir. Yanğınla mübarizəni 1,5 mindən artıq yanğınsöndürən aparır. Yanğının təxminən 30 faizini məhdudlaşdırmaq mümükün olub.

Milli.Az