İsraildən Türkiyəyə zərbə: Trampa Gülən təklifi

11 Avqust 2018 23:26

ABŞ-ın Türkiyəyə yönəlik sanksiya qərarından sonra İsrail televiziyası Prezident Trumpa qalmaqallı bir təklif verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, İsrail televiziyası FETÖ rəhbəri Fətullah Gülənin Ağ Evə dəvət edilməsi təklifi ilə çıxış edib

Pensilvaniyanın ən böyük şəhəri olan Filadelfiyadan canlı yayına qatılan jurnalist Gregg Roman "İ24 News" proqramının aparıcısı Tal Heinriçin suallarını cavablayarkən, Türkiyə ilə ABŞ arasındakı böhranla bağlı açıqlamalar verib. O, Türkiyəyə qarşı sanksiyaların yetərsiz olduğunu və FETÖ rəhbəri Fətullah Gülənin Ağ Evdə qarşılanmasının lazım gəldiyini deyib.

Milli.Az