Yevlaxda iki avtomobil toqquşub, yaralananlar var

11 Avqust 2018 21:46

Yevlax-Bərdə yolunda avtomobil qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, yolun Yevlax ərazisindən keçən hissəsində, ilkin məlumatlara görə, 2 avtomobilin toqquşması nəticəsində xəsarət alanlar var.

Hazırda əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az