İran nəhəng şirkətdən təzminat tələb edir

11 Avqust 2018 19:54

ABŞ-ın İrana sanksiyalar tətbiq etməsindən sonra bu ölkədə fəaliyyət göstərən Fransanın avtomobil şirkəti "Peugeot" istehsalının həcmini azaldıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, İran buna cavab olaraq şirkətdən təzminat tələb edib.

İranın sənaye, mədən və ticarət nazirinin köməkçisi Muhsin Salihi Niya bildirib ki, "Peugeot" anlaşmanı pozaraq, istehsalını azaltdığı üçün təzminat ödəməlidir.

Milli.Az