Millimizin üzvü yeni klubunda debüt etdi - komandası qələbə qazandı - 4:0

11 Avqust 2018 18:54

Millimizin üzvü Renat Dadaşov yeni klubu "Eştoril"də debüt edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 19 yaşlı hücumçu Portuqaliya Sequndasında yeni mövsümün açılış matçında "Porto"nun B komandasına qarşı oynayıb. Görüşə ehtiyatda başlayan Dadaşov 63-cü dəqiqədə - komandası hesabda 3:0 irəlidə olarkən meydana daxil olub. Oyun "Eştoril"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az