Qəbələdə sel: iki kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib - VİDEO

11 Avqust 2018 18:42

Güclü yağış Qəbələ rayonunda bir sıra fəsadlar törədib.

Milli.Az Report-a istinadən bildirir ki, avqustun 10-da axşam saatlarında başlayan güclü yağış nəticəsində çaylarda suyun səviyyəsi artıb. Nəticədə Qaraçay çayı daşaraq Dandıx və Solquca kəndlərinin rayon mərkəzi ilə əlaqəsinin kəsilməsinə səbəb olub. Hazırda kənd sakinləri çayı xüsusi nəqliyyat vasitələri və yük maşınlar ilə keçərək hərəkət etmək məcburiyyətindədilər.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Qəbələdə sel nəticəsində iki kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib