Elmar Məmmədyarov Qazaxıstanda: Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilir

11 Avqust 2018 18:18

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb.

Milli.Az bildirir ki, Report TASS-a istinadən verdiyi xəbərə görə, görüşdə avqustun 12-də baş tutacaq Xəzər sammitinin kommünikesi hazırlanacaq.

Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Rusiya XİN başçısı Sergey Lavrov, Qazaxıstan XİN başçısı Kayrat Abdrahmanov, Türkmənistan XİN başçısı Rəşid Meredov və İran XİN başçısı Məhəmməd Cavad Zərif iştirak edir.

Milli.Az