"Arsenal"ın yeni kapitanı müəyyənləşib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Britaniya mətbuatının yaydığı xəbərə görə, bu barədə klubun baş məşqçisi Unai Emeri məlumat verib. O, Loran Koselninin yeni mövsümdə kapitanlıq sarğısını taxacağını deyib: "Lorandan sonra Petr Çex, Aaron Remsi, Məsut Özil və Qranit Caka bizim kapitanımızdır".
Qeyd edək ki, ötən mövsüm komandanın kapitanı Per Pertezaker idi. O, karyerasını başa vurduğunu açıqlayıb.
Milli.Az