Poqba rekorda şərik çıxdı

11 Avqust 2018 17:30

"Manchester United"in futbolçusu Pol Poqba İngiltərə Premyer Liqasında rekorda şərik olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi "qırmızı şeytanlar"ın heyətində son 11 oyunun hamısında meydanı qolla tərk edib. Bu rekord daha əvvəl 2007-2011-ci illər aralığında "Liverpool"da çıxış edən, hazırda "Beşiktaş"ın üzvü olan Rayan Babelə məxsus idi. 

Xatırladaq ki, "Manchester United" İngiltərə Premyer Liqasında yeni mövsümün ilk oyununda "Leicester"i 2:1 hesabı ilə məğlub edib. Komandanın ilk qolunu Poqba vurub.

Milli.Az