Emili Neymarla bir arada - FOTO

11 Avqust 2018 15:33

Model Emili Ratajkovski və futbolçu Neymar məşhur markalardan birinin reklam çarxına çəkilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ikili geyim firması üçün kamera qarşısına keçib.

Müxtəlif pozlar verən Emili və Neymar çəkilişdən bəzi görüntüləri İnstaqram səhifələrində paylaşıblar. Tanınmışları bir yerdə görən sosial şəbəkə istifadəçiləri təəccüblərini gizlədə bilməyiblər. 

Milli.Az