“Real”ın futbolçusu rəsmən “Real Sosyedad”da

11 Avqust 2018 14:43

İspaniyanın "Real Sosyedad" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, La Liqa təmsilçisi "Real"ın fransız müdafiəçisi Teo Hernandesi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında bir illik icarə müqaviləsi imzalanıb. Teo yeni komandasında 19 nömrəli formanı geyinəcək.

20 yaşlı futbolçu son mövsümdə "kral klubu"nun heyətində 23 qarşılaşmada iştirak edib.

Milli.Az