Tərtərdə zəncirvari yol qəzası: xəsarət alanlar var - FOTO

11 Avqust 2018 14:29

Tərtər rayonunda zəncirvari yol qəzası baş verib.

Milli.Az Report-a istinadən bildirir ki, hadisə rayonun Şixarx qəsəbəsi yaxınlığında qeydə alınıb. 

Belə ki, "Mercedes", Niva və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Nəticədə sürücülərdən ikisi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az