Məşhur müğənni xəstəxanalıq oldu - Xəbəri sevgilisi verdi - FOTO

11 Avqust 2018 12:09

Məşhur sənətçi Gülben Ergen xəstəxanalıq olub.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, xəstəxanada sistem qoşulan müğənnini sevgilisi Burak Törer yalnız qoymayıb.

Gülben Ergenin xəstəxana yatağındakı halının fotosunu sosial şəbəkə hesabından paylaşan Burak Törer: "Yaxşı gündə, pis gündə" qeydini əlavə edib.

Qolunda qoşulan sistemin fotosunu paylaşan Gülben Ergen də "Konsert öncəsi göz dəydi" şərhini yazıb.

Məhəmməd Vaqif
Milli.Az