Gecə saatlarında binadan yıxılan qadının həyatını görün nə xilas etdi - VİDEO - FOTO

11 Avqust 2018 10:49

Türkiyənin Düzce rayonunda gecə saatlarında yaşadığı binanın eyvanından yıxılan qadın, birinci mərtəbədəki dükanın damından asılı qalıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, qadının asılı qaldığı yeri görənlər gözlərinə inanmayıblar. Hadisə yerinə çağırılan xilasedicilər qadını nərdivanla həmin yerdən düşürüblər.

Gənc qadın müayinə üçün təcili yardımla xəstəxanaya aparılıb.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Gecə saatlarında binadan yıxılan qadının həyatını görün nə xilas etdi