İki balaca it pələngi qovdular - VİDEO - FOTO

11 Avqust 2018 15:29

Pələng ən təhlükəli, sürətli və qəddar yırtıcılardan biridir. İtin pələngin öhdəsindən gəlməsi mümkün deyil. Lakin Hindistanda iki it pələngi qorxuda biliblər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Hindistanın Nepalla sərhədinin yaxınlığındakı Katarniya kəndinə pələng hücum çəkib.

Nəhəng erkək pələng kəndi cəngəllikdən ayıran çayı üzüb keçmişdi.

O, sahilə çıxan kimi adamlar qaçışmağa, canlarını qurtarmağa çalışıblar.

Bu zaman iki balaca it pələngə hücum çəkiblər.

Pələng itlərdən qorxaraq qaçıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İki balaca it pələngi qovdular