Milli.Az BBC-yə istinadən bildirir ki, partlayışlar Bədr və əl-Həşuş məscidlərində günorta namazı vaxtı baş verib.
Məscidlər əsasən Sanaya nəzarət edən Zeydi Şiə Huti hərəkatının davamçıları tərəfindən istifadə olunub.
Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. Hərçənd ki, keçmişdə bu kimi həmlələri əl-Qaidə hərəkatı həyata keçirib.
Partlayışlardan bir gün əvvəl cənubdakı Ədən şəhərində hazırkı dövlət başçısı Əbdrabbuh Mənsur Hadilə sabiq prezident Əli Abdullah Saleh tərəfdarları arasında şiddətli toqquşmalar baş verib.
Huti hərəkatını dəstəkləyən hərbi təyyarələr Ədəndəki prezident sarayını hədəfləyiblər.
Cənab Hadi üsyançıların ölkəni keçid dövründə idarə edəcək "prezident şurasının" yaradılmasından sonra paytaxt Sanadan Ədənə keçməli olub.
Milli.Az