Yaponiyada vertolyot qəzası: ölənlərin sayı 9-a çatıb

11 Avqust 2018 09:05

Yaponiyanın Qumma prefekturasında xilasedici vertolyotun qəzaya düşməsi nəticəsində 9 heyət üzvü həyatını itirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Kusatsu-Sirane aktiv vulkanı ərazisində vertolyotla rabitə pozulub. Gün ərzində xilasedicilər vertolyotu aşkar edə biliblər.

Qeyd olunub ki, vertolyotun qəzaya uğramasının səbəbi pis hava şəraiti ola bilər. Qara qutular hələ də aşkar olunmayıb.

Milli.Az