Çində Sibir xorasına 14 nəfər yoluxdu

11 Avqust 2018 08:08

Çinin şimalında, Rusiya ilə sərhəddə yerləşən Heyluntszyan əyalətində Sibir xorası aşkar edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, son günlərdə 14 nəfər bu xəstəliyə yoluxub.

Qeyd olunur ki, bir nəfər artıq xəstəxanadan buraxılıb, digərləri isə müalicəni davam etdirir.

Bu xəstəliyin ilk dəfə yerli fermaların birində qoyunlarda aşkar olunduğu deyilir.

Hazırda epidemiyanın qeydə alınmaması üçün tədbirlər görülür.

Milli.Az