Yük maşını traktora çırpılıb, xəsarət alan var

10 Avqust 2018 22:26

Sabirabadda yük maşını ilə traktorun toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. 

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Nəsimi kəndi ərazisində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1971-ci il təvəlüdlü Məmmədov İntizar Şulu oğlu idarə etdiyi traktorla hərəkətdə olarkən arxadan gələn "Shaqman" yük maşını ona çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan traktorun sürücüsü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az