Ali məktəblərə builki keçid balları: onlar aşağı salına bilər? - VİDEO

10 Avqust 2018 22:00

Ötən illə müqayisədə bu il ixtisas qrupları üzrə plan yerlərinin sayı artırılıb. Bu isə bu il imtahan verən abituriyentlər üçün seçim şansını artırır.

Milli.Az bildirir ki, keçən ilki plan yerlərindən fərqli olaraq bu il birinci ixtisas qrupu üzrə 670, ikinci qrup üzrə 471, üçüncü qrup üzrə 832, dördüncü qrup üzrə isə 95 yer artırılıb. 1-ci, 3-cü və 4-cü qruplar üzrə keçid balını keçən abituriyentlərin sayı plan yerlərindən çoxdur. Bu qruplar üzrə ixtisas seçərkən abituriyentlər xüsusən diqqətli olmalıdırlar.İkinci qrup üzrə isə vəziyyət fərqlidir.

Ekspertlərin fikrincə, abituriyentlərin nəticələrinə uyğun olaraq bəzi qruplar üzrə keçid balları qalxa bilər.

Keçid balını keçməyən abituriyentlər də təəssüflənməsin.Onlar da müvafiq ixtisaslar üzrə seçim edə bilərlər.

Ekspertlər belə həsab edir ki, əsasən 300-400 bal toplayan abituriyentlər böyük risk altında olur və onların əsas məqsədi istədiyi ixtisası seçmək yox, hansı ixtisas olursa olsun universitetə qəbul olmaq olur. Abituriyentin balı aşağı düşdükcə seçdiyi ixtisaslarda mütəxəssis olma ehtimalı azalır və bu ixtisas üzrə təhsilini davam etmək istəyinə mənfi təsir göstərir. Qeyd edək ki,ixtisas seçimi avqustun 13-də sona çatır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ali məktəblərə builki keçid balları: onlar aşağı salına bilər?