Turpaket alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

10 Avqust 2018 21:41

Son bir neçə ildə Azərbaycanda turizm şirkətlərinin sayı 1500-ü keçib.Bu istirəhət etmək istəyənlərin işini nisbətən daha da əlçatan etsə də,yeni problemlərin yaranmasına da səbəb olur.

Milli.Az bildirir ki, turizm şirkətləri üçün konkret tələblər olmadığından bəziləri yalnız mövsümi fəliyyət göstərir. Buna görə bəzi hallarda istirahətə gedənlər gözlənilməz hallarla qarşılaşa bilər.

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki,hər hansı ölkəyə turpaket almazdan əvvəl vətəndaşlar bəzi məqamlara xüsusi diqqət etməlidir.Xüsusi olaraq da şirkətlə vətəndaş arasında müqavilənin bağlanması vacibdir.

Müştəri ilə turizm şirkətləri arasında ən çox yaranan problemlərdən biri də odur ki, vətəndaş istirahət yerinə çatdıqdan sonra seçilən otelin dolu olduğunu görür. Belə olanda isə müştəri şirkətlə aralarında bağlanan müqaviləyə əsaslanaraq öz hüquqlarını tələb edə bilər.

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin təxminən 10 faizi, yəni 150 şirkət turizm assosasiyasına üzvlük qazanıb. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Turpaket alarkən nələrə diqqət etmək lazımdır?