Taxıl sahələrini yandıran şəxslər saxlanılıb - VİDEO

10 Avqust 2018 21:12

Şabranda iyulun 29-da rayonun Dağbilici və Xəlfələr kəndləri ərazisində, avqustun 5-də isə Taxtakörpü kəndində biçilmiş taxıl sahələri yandırılıb. Milli.Az bildirir ki, aparılan araşdırmalar zamanı həmin yanğınların ehtiyatsızlıqdan törədildiyi və nəticədə biçilmiş taxıl, eləcə də quru otlaq sahələrinin yandığı məlum olub. Yanğınların baş verməsinə səbəb olan Asəf Qasımov və Elşən Hacıyev saxlanılıblar.

Onlar sahələri yandırmaq məqsədlərinin olmadığını, yanğının ehtiyatsızlıqdan baş verdiyini bildiriblər. Həmçinin tutduqları əməldən peşman olduqlarını qeyd ediblər.

Saxlanılan şəxslər barəsində inzibati qaydada qanunauyğun tədbirlər görülüb.

Şamaxıda isə sahələri yandıran 2 yeniyetmə saxlnılıb. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən Çuxuryurd kəndində bir neçə gün öncə baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, yanğın 13 və 14 yaşlı 2 yeniyetmə tərəfindən törədilib. Polis şöbəsinə gətirilən yeniyetmələr bildiriblər ki, həmin əraziyə böyürtkən yığmağa gediblər. Kollar yığıma çətinlik yaradıb və yeniyetmələr işlərini asanlaşdırmaq üçün kolları yandırıblar. Alov gücləndiyindən söndürməyə çalışıblar, amma buna nail ola bilməyiblər. Çarəsiz qalan yeniyetmələr qaçaraq ərazidən uzaqlaşıblar. Yanğın biçilmiş taxil sahələrinə keçərək 2 hektar ərazini əhatə edib. Saxlanılanların valideynləri də polis şöbəsinə dəvət olunub və onlar barəsində inzibati protokollar tərtib olunmaqla yanaşı, maarifləndirici söhbətlər aparılıb.

Sahələri yandıranlara qarşı tədbirlər bundan sonra da davam etdiriləcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Taxıl sahələrini yandıran şəxslər saxlanılıb