Mələk dərin yarıqlı geyimdə - Bu ən gözəl cavabdı - FOTO

10 Avqust 2018 17:40

Son zamanların ən çox tənqid olunan tanınmış simalarından aktrisa-aparıcı Mələk Heydərova, yenə açıq-saçıq geyimi ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, cazibədar aparıcı dərin yarıqlı paltarda verdiyi pozalarla sosial şəbəkə istifadəçilərinin diqqətini çəkməyi bacarıb.

Mələk təqibçiləri ilə bölüşdüyü həmin görüntülərinə aşağıdakı şərhi yazıb:

"Nə edərsən et, səni sevməyən insanlar həmişə olacaq. Bu həyatda səni bəyənməyən, içindəki neqativini qusmaq, cəsarətini qırmaq, yolunu bağlamaq istəyənlərdən qaçmaq mümkün deyil. Belə insanları önəmsəməmək və yoluna inamla davam etmək ən gözəl cavabdı onlara".

Məhəmməd Vaqif
Milli.Az