“PepsiCo”nun qadın rəhbəri 12 ildən sonra vəzifəsindən gedir

11 Avqust 2018 20:55

"PepsiCo" şirkətinin baş direktoru İndra Nooyi 2018-ci ilin oktyabrın 3-dən istefaya gedəcək.

Milli.Az facemark.az-a istinadən bildirir ki, şirkətin rəsmi saytında açıqlanan məlumata görə, Nooyi şirkətdə düzgün dəyişikliklərin olduğunu izləmək üçün 2019-cu ilin başlanğıcına qədər direktorlar şurasının sədri vəzifəsində qalacaq.

Onu bu vəzifədə isə, yeni baş direktor olacaq Ramon Laquarta əvəz edəcək. O, kompaniyada son 22 ildir ki çalışır və bu zaman qədər isə şirkətin Avropa, Mərkəzi Afrika üzrə rəhbəri olub. Son zamanlara qədər isə onun pozisiyası şirkətin prezidenti olub. İndra Nooyi isə yeni baş direktor olacaq Ramon haqqında isə deyib ki, "o uzun iş təcrübəsi olan, mükəmməl liderdir".

O əlavə edib ki, "PepsiCo"nun rəhbərliyində çalışmaq mənim üçün şərəf idi və mən son 12 ildəki uğurlarımıza görə, bütün komanda ilə fəxr edirəm", - deyə istefaya gedəcək baş direktor deyib.

İndra Nooyi "PepsiCo"nun birinci qadın rəhbəri olub. Onun həyatının 22 ili kompaniyada keçib. 12 ilini isə qeyd etdiyimiz kimi şirkətdə baş direktor vəzifəsində çalışıb. Onun rəhbərliyi dövründə şirkətin gəlirlərinin həcmi təxminən 2 dəfə artıb. Belə ki, 2006-cı ildə şirkətin gəlirlərinin həcmi 35 milyard dollar olub. Artıq 2017-ci ilin statistikasına nəzər saldıqda isə, məlum olur ki, bu rəqəm 65 milyard dollara çatıb. Səhm üzrə gəlirlər isə 3 qat artıb. Belə ki, 2006-cı ildə səhm üzrə gəlirlər 1,16 dollar olub. 2017-ci ildə isə bu rəqəm 3,17 dollara çatıb.

"PepsiCo Inc." kompaniyası altında Pepsi, 7up, Mirinda, Diet Pepsi, Tropicana, Lay's, Cheetos, Doritos və s. brendlər cəmləşib.

Milli.Az