İsmayıllıda 4 otaqlı ev yanıb – VİDEO – FOTO

10 Avqust 2018 16:21

Hadisə rayonun İsrail Həsənov küçəsində qeydə alınıb. 

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Baloğlan Gərayeva məxsus 1 mərtəbəli 4 otaqlı kürsülü evin 72 kv metrlik evə bitişik çardaq hissəsi yanıb. 

Əraziyə FHN-in İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və 15 canlı qüvvəsi cəlb olunub. Alovun evə və digər tikililərə keçməsinin qarşısını alınıb. Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İsmayıllıda 4 otaqlı ev yanıb