Ferrari yeni modeli sentyabrda təqdim edəcək - FOTO

12 Avqust 2018 20:19

İtaliyan brendi "Ferrari" yeni modelin ilk tizerini yayımlayıb.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, yeni superkarın təqdimatı sentyabr ayının 17-inə planlaşdırılıb.

Söhbət "F176" zavod indeksi daşıyan, "812 Superfast" modelinin bazasında yığılan yeni spidsterdən gedir. Ehtimal edilir ki, yeni model "812 Monza" adlandırılacq.

"Ferrari 812 Monza" modeli "Ferrari Rossa" konsepti əsasında hazırlanıb.

Qeyd edək ki, "812 Superfast" modeli 6.5 litr həcmli, V12 obrazlı atmosfer mühərriki ilə təchiz edilib. Aqreqat 800 at gücü hasil edir. Yerindən 100 km/saat sürəti 2.9 saniyəyə əldə edir. Maksimal sürət isə 340 km/saatdır. Yeni modelin texniki göstəriciləri barədə isə məlumat verilmir.

Milli.Az