Gürcüstana qar yağdı – VİDEO

10 Avqust 2018 15:04

Gürcüstanın kurort bölgəsi olan Qudauriyə qar yağıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı "Facebook" istifadəçiləri video paylaşıb. 

Qardan əvvəl isə bölgəyə güclü yağış və dolu düşüb. Kazbeqi kəndinin sakininin sözlərinə görə, Rusiya ilə sərhəd bölgələrə də qar yağır. 

"Deyirlər ki, Quduariyə ötən gündən qar yağır. Bizdə də hava əlverişsizdir, gah yağış, gah qar yağır, gah da dolu düşür", - kənd sakini deyib.

Videonu izləmək üçün şəklə klikləyin:
Gürcüstana qar yağdı

Milli.Az